Elton Məmmədov: Xocalı faciəsi - insanlığa qarşı terror və vəhşilik
---
Oxunub: 115
21 Şub 2024 | 14:24
Elton Məmmədov: Xocalı faciəsi - insanlığa qarşı terror və vəhşilik

Elton Məmmədov - Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biridir. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar mənfur düşmənimiz tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub.
XX əsr dünya tarixinin ən qəddar soyqırım aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başladı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Xocalı soyqırımı zamanı 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmışdır. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətini və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.
Hər il bu faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.
Qürur verici haldır ki, 2020-ci il Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində Şanlı Qələbə qazandı, toppaqlarımızın böyük hissəsi azad edildi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı da daxil olmaqla Qarabağdakı digər şəhər və yaşayış məntəqələrinin işğaldan tam şəkildə azad edildi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bununla da Xocalı faciəsi qurbanlarının qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi.
Dün, 15:58
ÇL: “Qarabağ” bu mərhələni adlasa nə qədər qazanacaq?
Dün, 15:30
Ermənistan hökuməti çətin durumda - baş nazir kadr islahatlarına gedir - ŞƏRH
Dün, 14:19
Su ehtiyatlarımızın azalma səbəbi açıqlandı
Dün, 13:43
Rusiyada doqquz il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dün, 12:44
Bakıda 37, rayonlarda 38 dərəcə isti olacaq - PROQNOZ
Dün, 11:52
İran Prezidenti ilk xarici səfərini İraqa edəcək
Dün, 11:21
Bu dəfə Bakının mərkəzində su olmayacaq
Dün, 10:07
Ermənilər Naxçıvanı yenə atəşə tutdu
Dün, 09:31
Neftin bu günə olan qiyməti
Dün, 09:07
Mənə deyirlər ki, Rusiyaya tüpür… - Batyadan şok
27-08-2024, 16:23
Mürsəl İbrahimov rəisi işdən çıxardı - Yeni təyinat
27-08-2024, 15:41
Ödənişliyə qəbul olan abituriyentlərin nəzərinə!
27-08-2024, 14:52
Qarabağ müharibəsi veteranlarının sayı ARTIB - RƏSMİ
27-08-2024, 14:22
Gərginləşən Türkiyə-Suriya münasibətləri: ABŞ "suları bulandırır" - TƏHLİL
27-08-2024, 12:54
İranda güclü partlayış: ölənlər var
27-08-2024, 12:19
Bakıda bu yol tam bağlanır
27-08-2024, 11:21
İlham Əliyev Moldovanın prezidentini təbrik edib
27-08-2024, 10:29
Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldı
27-08-2024, 09:52
Sumqayıtda qardaş qardaşı bıçaqladı
27-08-2024, 09:17
Bu gün Çempionlar Liqasının cavab oyunları keçiriləcək
27-08-2024, 08:49
Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHI
26-08-2024, 16:52
Azərbaycanda yeni kiberdələduzluq - Valideynlərdən pul alırlar
26-08-2024, 15:57
Azərbaycanda icra başçısının müavini İSTEFA VERDİ
26-08-2024, 15:11
“Qarabağ” - “Dinamo” matçı məşhur hakimə tapşırıldı
26-08-2024, 14:38
Professorun qəzada ölməsi ilə bağlı cinayət işi başlanıldı
26-08-2024, 13:53
Putin Bakıda Pavel Durovla görüşməyib - Kreml
26-08-2024, 13:01
Səttar Mehbalıyevin yerinə o seçildi