Ermənistan hökuməti çətin durumda - baş nazir kadr islahatlarına gedir - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 84
28 Ağu 2024 | 15:30
Ermənistan hökuməti çətin durumda - baş nazir kadr islahatlarına gedir - ŞƏRH


Ermənistanda daxili siyasi vəziyyətdə gərginlik hökm sürür. Bunun əsas səbəbi rəsmi İrəvanın xarici siyasət kursu ilə bağlıdır. Belə ki, bu gün Ermənistandakı Nikol Paşinyan hakimiyyəti faktiki olaraq Rusiya ilə Qərb arasında qalıb. Bu da Ermənistan müxalifətinin narazılığına səbəb olur.

Üstəgəl, rəsmi İrəvan artıq başa düşür ki, regional əməkdaşlıq mühitinin təmin olunmasının alternativi yoxdur. Bunu baş nazir dəfələrlə birbaşa və ya dolayısı yolla etiraf edib.

Amma Ermənistan hakimiyyəti sözdə dediyini əməldə icra etmək üçün lazımi siyasi iradəyə malik deyil. Bunun iki əsas səbəbi var: Birincisi, rəsmi İrəvan xeyli dərəcədə ikinci tərəflərdən, o cümlədən Vaşinqton və Parisdən asılıdır. Qərb Ermənistanı öz təsiri altına salıb. İndi də Ermənistanın xarici siyasət kursunu müəyyənləşdirir. İkincisi, Ermənistan siyasi elitasındakı daxili ziddiyyətlə bağlıdır. Müxalifət zaman-zaman iqtidarın “əl-qolunu bağlamağa” çalışır. Beləliklə, Ermənistan hakimiyyəti çətin vəziyyətə düşür.

Ermənistanın “İravunk” qəzetinin yazdığına görə, Paşinyan yaxın vaxtlarda hökumətdə kadr dəyişikliklərinə başlayacaq. Nəşr hakim partiyadakı mənbələrə istinadən xəbər verir ki, yeni strategiyaya görə Paşinyan nazirlərin bəzilərini istefaya göndərmək qərarında qətiyyətlidir.
Ermənistan hökuməti çətin durumda - baş nazir kadr islahatlarına gedir - ŞƏRH

Öncə onu deyək ki, bu məlumat hələ dəqiq deyil və sadəcə iddiadır. Ola bilsin ki, yayılan iddia sadəcə informasiya müharibəsinin tərkib hissəsi olmaqla Ermənistan hakimiyyətinə qarşı kampaniyanın və daxildə Paşinyan iqtidarı əleyhinə ictimai rəy yaratmaq cəhdidir. Hər halda bu ehtimal istisna deyil.

Amma iddiaların həqiqət olması ehtimalı da mümkündür. Bu, inandırıcıdır. Çünki dediyimiz kimi, hazırda Ermənistan iqtidarı lazımi siyasi iradəyə malik deyil. Paşinyan hakimiyyəti zəifdir. Azərbaycanla sülh sazişinin imzalanması və regional əməkdaşlıq mühitinin təmin olunması üçün sadəcə Paşinyanın iradəsi kifayət deyil. Və görünən odur ki, komandasında ona tabe olmaq istəməyənlər, baş nazirin siyasətinə qarşı çıxanlar var.

Bu xüsusda Ermənistanın müdafiə naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyanı xüsusilə qeyd etmək olar. Doğrudur, “döngədə atları dəyişməzlər”. Amma mümkündür ki, onlar Paşinyana mane olurlar.
Ermənistan hökuməti çətin durumda - baş nazir kadr islahatlarına gedir - ŞƏRH

Qeyd etmək lazımdır ki, A.Mirzoyanın Ermənistan cəmiyyətində nüfuzu çox azdır. Onun bir neçə dəfə döyülməsi, təhqir edilməsi, habelə beynəlxalq müstəvidə dəfələrlə fiaskoya uğraması çoxlarına məlumdur. Bu, o deməkdir ki, Mirzoyan xarici işlər naziri kimi kifayət qədər imicə malik deyil. Üstəlik, faktiki olaraq ölkənin xarici siyasət kursunun həyata keçirilməsində də o, xüsusi rol oynaya bilmir.

S.Papikyana gəldikdə isə görünən odur ki, o, silahlı qüvvələrə tam nəzarət edə bilmir. Xüsusilə son zamanlar Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutması təbii olaraq suallar yaradır: Ermənistanın hərbi və siyasi elitası arasında ziddiyyətmi var? Əgər yoxdursa, niyə ordu siyasi elitanın, o cümlədən Paşinyanın iradəsinə qarşı çıxır? Ola bilərmi ki, orduya direktivlər üçüncü qüvvələrdən gəlir və S.Papikyan buna nəzarət edə bilmir? Bu, praktik baxımdan mümkündür. Çünki daha əvvəl Ermənistan müdafiə naziri bir neçə dəfə bildirib ki, yaranan hərbi gərginliklər haqqında onun heç bir məlumatı yoxdur.

Bundan başqa, Ermənistan ordusunda intihar, güllələmə, fərarilik kimi hallar artmaqdadır. Əlbəttə, bu da müdafiə nazirinin imicinə zərbə olmaqla yanaşı, onun öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyini göstərir.

Beləliklə, adı çəkilən hər iki nazirin istefaya göndərilməsi mümkündür. Əgər bu olarsa, Ermənistan hökumətində və xarici siyasətində yeni mərhələ başlaya bilər.(Report)
Dün, 20:36
ABŞ Konqresinin separatizm sevgisi – Pallone və Kardin yenidən "iş" başında - ŞƏRH
Dün, 18:22
Metronun bu stansiyası təmirə bağlanır
Dün, 17:58
Həmin dairədə 6 məntəqədə qanun pozuntuları olub - Rəsmi
Dün, 17:10
İkinci sərbəst yürüş başladı - Yenilənir
Dün, 16:49
Əhalinin sayı açıqlandı
Dün, 16:14
Ukrayna 49 hərbçisini geri qaytardı
Dün, 15:44
İki pilot eyni anda qəza törətdi - Fotolar
Dün, 14:56
Buraxılış imtahanları və Azərbaycan dili imtahanının nəticələri elan olunub
Dün, 14:29
İlham Əliyev “Gulfstream Aerospace”in prezidentini qəbul etdi - Foto
Dün, 13:51
Hava kəskin dəyişir: Sabah QAR YAĞACAQ
Dün, 13:24
Azərbaycanlılar ən çox bu ölkələrə gedib - Siyahı
Dün, 12:46
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq
Dün, 12:09
Bakıda Formula-2 yarışında sərbəst yürüş başa çatdı
Dün, 11:23
Metronun iş rejimi iki saat uzadılır
Dün, 10:52
Azərbaycanda hakim məhkəmə sistemindən QOVULDU
Dün, 10:06
“Formula” yarışlarına bunları gətirmək qadağandır! - DİN
Dün, 09:41
Trampın Ukrayna ilə bağlı sülh planı açıqlandı
Dün, 09:08
Şamaxıda ər-arvad bıçaqlanıb, biri ölüb: cinayət işi açılıb- YENİLƏNİB
Dün, 08:41
Bakıda bu yollarda sıxlıq var -SİYAHI
12-09-2024, 15:31
Kursk cəbhəsindəki son durum: Rusiya kəndləri alır, Ukrayna geri çəkilmir
12-09-2024, 15:12
Parlamentin yeni deputatları ilk bu qanunları MÜZAKİRƏ EDƏCƏK
12-09-2024, 14:36
Putin Çin lideri ilə görüşə HAZIRLAŞIR
12-09-2024, 13:51
Bu il 14 milyon manatdan çox ƏDV geri qaytarılıb
12-09-2024, 13:10
Blinkenə Rusiyadakı hədəflərin siyahısını verib - KİV
12-09-2024, 12:29
Gecənin ulduzları... - Fotolar
12-09-2024, 12:01
Pensiyalar nə qədər artırılacaq?
12-09-2024, 11:30
TƏBRİK